Səudiyyə Ərəbistanında 110 milyon tonluq uran yatağı aşkarlandı

15.09.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının Mədinə şəhərində 110 milyon ton uran tərkibli filiz yatağı aşkarlandığı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkənin energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Vyanada keçirilən 70-ci Baş Konfransında çıxışında deyib.

Nazir Səudiyyə Ərəbistanının dünyada fosfat gübrələrinin ikinci ən böyük ixracatçısı olduğunu və ölkədə uran ehtiyatlarının müəyyənləşdirilməsi üzrə milli proqramın davam etdiyini qeyd edib.

Əl Səud bildirib ki, Mədinədə aşkarlanan 110 milyon ton uran tərkibli filiz ölkənin nüvə enerjisi sahəsində imkanlarını genişləndirə bilər. O, Səudiyyə Ərəbistanının nüvə enerjisi üzrə milli və tənzimləyici sistemlərini gücləndirməyə davam etdiyini vurğulayıb.

Nazir ölkənin nüvə proqramının beynəlxalq ictimaiyyətdən təcrid olunmuş şəkildə və ya dağların dərinliklərində həyata keçirilmədiyini də bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью