Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

16.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə Asiya çempionatı ilə bağlı hazırlıqlar davam edir.

AZƏRTAC SPA xəbər agentliyinə istinadla bildirir ki, təşkilat komitəsinin məlumatına görə, 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılan turnirə hazırlıq işləri Asiya Futbol Konfederasiyası və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə aparılır.

Bildirilib ki, təsdiqlənmiş qrafikə uyğun olaraq idman obyektlərinin və infrastrukturun turnirə hazırlıq səviyyəsi yoxlanılır, eləcə də turnirlə əlaqəli xidmətlərin təşkili yaxşılaşdırılır.

Təşkilat Komitəsi qitəmiqyaslı bu idman tədbirinin uğurla keçirilməsi üçün bütün zəruri imkanların səfərbər olunacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью