Səudiyyə Ərəbistanında bəzi istiqamətlərə uçuşlar ləğv olunub

28.02.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qahirə, 28 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Saudiya”, “Flynas” və “Flyadeal” şirkətləri bəzi uçuşlarını ləğv edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, daşıyıcılar reyslərin ləğvi ilə bağlı qərarların aviasiya təhlükəsizliyi və mühafizə standartlarının tətbiqi çərçivəsində qəbul olunduğunu bildiriblər.

“Saudiya” hava yolları Əbu-Dabi, Dubay, Doha, Bəhreyn, Moskva və Pişəvər şəhərlərinə və əksinə olan uçuşların martın 2-si saat 23:59-dək təxirə salındığını açıqlayıb.

Sərnişinlərdən hava limanlarına yollanmamışdan əvvəl reyslərinin hazırkı vəziyyətini yoxlamaq xahiş olunur. Vurğulanır ki, uçuşlarla bağlı yeniliklər rezervasiyalarla əlaqəli kommunikasiya vasitələri ilə sərnişinlərə çatdırılacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью