Səudiyyə Ərəbistanında daha 5 PUA vuruldu

02.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanı ölkədəki Şahzadə Sultan aviabazası yaxınlığında 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki verdiyi açıqlamada, Şahzadə Sultan aviabazası yaxınlığında "5 düşmən PUA-sının" zərərsizləşdirilərək məhv edildiyini qeyd edib. Maliki açıqlamasında başqa təfərrüatlara yer verməyib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi yerli vaxtla saat 07:04-də Dəmmam şəhərindəki Ras Tanura neft emalı zavodu ətrafında zərərsizləşdirilən iki PUA-dan düşən qəlpələr səbəbindən müəssisəyə məhdud dərəcədə zərər dəydiyini açıqlayıb.

Açıqlamada qəlpə parçalarının yol açdığı kiçikmiqyaslı yanğına fövqəladə hallar qrupları tərəfindən dərhal müdaxilə edildiyi və yanğının nəzarətə alındığı, hadisə zamanı hər hansı can itkisi və ya yaralanma halının baş vermədiyi ifadə edilib.

Rəsmi şəxs həmçinin bildirib ki, ehtiyat tədbiri olaraq zavodda bəzi istehsal bölmələri müvəqqəti dayandırılsa da, yerli bazarlar üçün neft və neft məhsullarının tədarükündə heç bir fasilə yaranmayıb.

Müdafiə Nazirliyinin sözçüsü Maliki bu gün Dəmmam şəhərindəki Ras Tanura neft emalı zavodunu hədəf almağa çalışan 2 PUA-nın qarşısının alındığını və hücumun dəf edildiyini elan etmişdi.

Maliki əməliyyat nəticəsində mülki şəxslər arasında yaralanan olmadığını, lakin düşən qəlpələr səbəbindən zavod ərazisində çıxan kiçik yanğının qısa müddətdə söndürüldüyünü qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью