Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Pakistanın Səudiyyə Ərəbistanında müdafiə məqsədilə yerləşdirilmiş əhəmiyyətli sayda qüvvəsi var”.
525.az xəbər verir ki, bunu Pakistanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səccad Heydər Xan bildirib.
“Pakistanın artıq burada, Ər-Riyadda xeyli sayda qüvvəsi və resursları var”, – o bildirib.
Əlavə edib ki, krallıqdakı Pakistan hərbçiləri husilərə hücum etmək üçün qarşı tərəfin sərhədlərini keçməyəcəklər, amma əlnbəttə ki, Səudiyyə Ərəbistanının ərazisinin müdafiəsində iştirak edirlər.
Pərvanə Sultanova