Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum barədə məlumat yayılıb

09.08.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qaldığını göstərən daha bir hadisə Səudiyyə Ərəbistanında baş verib.

“Reuters”-in  UTC-də yaydığı xəbərə görə, Yəməndəki husilər Səudiyyə Ərəbistanının Jizan şəhərində yerləşən “Saudi Aramco” neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə hücum etdiklərini bildiriblər.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi zavodda yanğın baş verdiyini, lakin sonradan söndürüldüyünü açıqlayıb. Nazirlik yanğının səbəbini açıqlamayıb və hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Zavodun gündəlik emal gücü 400 min barel xam neft təşkil edir.

Mənbə qeyd edir ki, hadisə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sazişinin imzalanmasından iki gün sonra baş verib. Həmin sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum digər ikisinə qarşı hücum kimi qiymətləndirilir.

N.Adilqızı

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью