Səudiyyə Ərəbistanında oynayan futbolçu Çelsi yə keçə bilər

20.11.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əl-Hilal"ın yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç Avropaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" serbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə ESPN televiziyası məlumat yayıb.

Milinkoviç-Saviçin klubu ilə müqaviləsi gələn ilin 30 iyun tarixində başa çatır. Premyer Liqa nəhəngi bu amili nəzərədə alaraq yayda azad agent statusunda olacaq 30 yaşlı orta xətt oyunçusu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Əl-Hilal" Sergey Milinkoviç-Saviçi 2023-cü ilin yayında "Latsio"dan 40 milyon avroya transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadaa qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью