Icma.az bildirir, 525.az portalına istinadən.
Bu il Səudiyyə Ərəbistanında rekord sayda - 340 cinayətkar edam edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyinin yaydığı hesabatda bildirilir.
Edam olunanlardan 232-i narkotik ticarəti ilə bağlı ittiham edilənlərdir. 2023-cü ildən bu tip cinayətlərə görə bərpa olunan ölüm hökmü edamların sayının xeyli artmasına səbəb olub.
Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanında 338 nəfər edam olunmuşdu.
L.Tağıyeva