Səudiyyə Ərəbistanında Rusiya və ABŞ ekspert məsləhətləşmələri başlayıb

24.03.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ər-Riyadda Rusiya- ABŞ ekspert məsləhətləşmələri başlayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskvanı Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda təmsil edir.

Tərəflərin xüsusilə 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna qədər fəaliyyət göstərən "Qara dəniz təşəbbüsü" və ya "taxıl sazişi" kimi tanınan sənədin mümkün bərpası perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Bundan əvvəl Ər-Riyadda ABŞ tərəfi ilə Ukrayna nümayəndələri arasında danışıqlar keçirilib. ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq daha əvvəl bildirmişdi ki, Səudiyyə Ərəbistanının paytaxtında Vaşinqton münaqişənin həlli məsələsində Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar keçirmək niyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью