Səudiyyə Ərəbistanından ABŞ yə: Hərbi əməliyyatları gücləndirin!

27.03.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı ABŞ-ni İrana qarşı hərbi əməliyyatları gücləndirməyə çağırıb.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Səudiyyə Ərəbistanı kəşfiyyat mənbəyinə istinadən bildirib.

Onun sözlərinə görə, Ər-Riyad təkcə hərbi kampaniyanın davam etdirilməsinə deyil, həm də onun intensivləşdirilməsinə çağırır.

Məlumata görə, lrallığın faktiki lideri vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ-İsrail kampaniyasının Yaxın Şərqi yenidən formalaşdırmaq üçün "tarixi fürsət" olduğunu bildirib.

24 martda "The New York Times" (NYT) qəzeti bir mənbəyə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampı İrana qarşı hərbi əməliyyatları azaltmamağa çağırır. Mənbəyə görə, vəliəhd Donald Trampı hərbi əməliyyatları davam etdirməyə və İran hökumətinin aradan qaldırılmasına çalışmağa çağırıb.

Səudiyyə Ərəbistanı İranın hücumuna məruz qalıb. Bir həftə əvvəl Qırmızı dəniz sahilindəki Yanbu limanındakı SAMREF neft emalı zavoduna zərbə endirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью