Səudiyyə Ərəbistanından Fransaya 20 milyon avroluq transfer

01.01.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Əl-Nəsr"dən Seko Fofananı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Renn" Fil Dişi Sahili millisinin üzvü üçün Səudiyyə Ərəbistanı klubuna 20 milyon avro təzminat ödəyib. 29 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Seko Fofana icarə əsasında "Əl-Ettifaq"da çıxış edirdi. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində 15 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью