Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Səudiyyə Ərəbistanının Məkkə, Ciddə, Taif, Yanbu və Təbuk şəhərlərində potensial təhlükə ilə bağlı xəbərdarlıq edilib.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi sosial media hesabında sözügedən şəhərlərdə mümkün fövqəladə hallarla bağlı xəbərdarlıq yayıb.
Bəyanatda sakinlərə həyat və əmlaklarını qorumaq üçün Mülki Müdafiə qüvvələrinin təlimatlarına əməl etmək, toplaşma yerlərindən uzaq durmaq və hadisələrin foto-video görüntülərini çəkməmək tövsiyə olunub.
Baş İdarə daha sonra yayımladığı açıqlamada təhlükənin aradan qalxdığını bildirib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi Husi qruplaşması Səudiyyə Ərəbistanını paytaxt Sənaya dron hücumları həyata keçirməkdə ittiham edib və cavab tədbirləri görəcəyi ilə hədələyib.
Aytən Yaşar/ Turkustan.az