Səudiyyə Ərəbistanından Tehrana sərt etiraz

17.07.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi cümə axşamı açıqlama yayıb.

Nazirliyin bəyanatında deyilir ki, Səudiyyə Ərəbistanı “qardaş ölkələrin İranın amansız hücumlarına cavab olaraq atdıqları bütün tədbirləri tam dəstəkləyir”. Bəyanatda həmçinin vurğulanıb ki, krallıq İranın “regionun təhlükəsizliyi və sabitliyini təhdid edən, beynəlxalq hüququn prinsiplərini və mehriban qonşuluq münasibətlərinin qaydalarını pozan hərəkətlərini” qətiyyətlə pisləyir.

Gunaz.tv-nin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hərbi eskalasiyanın dərhal dayandırılmasına, dialoqun bərpa olunmasına və mübahisələrin diplomatik yollarla həll edilməsinə çağırıb.

Qeyd edək ki, ABŞ-nin bombardmanlarına cavab olaraq İran Körfəz ölkələrini, həmçinin ABŞ-nin bu bölgədəki maraqlarını hədəfə alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью