Səudiyyə Ərəbistanının baş müftisi vəfat edib

23.09.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz bin Abdullah Əl-Şeyx vəfat edib.

Ölkə.Az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə Kral Məhkəməsi məlumat yayıb.

Şeyx Əbdüləziz çərşənbə axşamı səhər dünyasını dəyişib.

Kral Məhkəməsi Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın mərhum Şeyxin ailəsinə, Səudiyyə xalqına və müsəlman dünyasına başsağlığı verib.

"Onun ölümü ilə Krallıq və müsəlman dünyası elmə, İslama və müsəlmanlara mühüm töhfələr vermiş görkəmli bir alimini itirdi" - deyə ali qurumdan bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью