Səudiyyə Ərəbistanının bu addımı körfəzdə böhran yaratdı: Bazarlar geriləyir

30.12.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Körfəz ölkələrinin fond indeksləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasında gərginliyin artması fonunda aşağı düşüb.

Bakupost.az xəbər verir ki, Dubay Fond İndeksi (DFMGI) 2%, Əbu-Dabi (FTFADGI) və Səudiyyə Ərəbistanı (TASI) indeksləri isə 1% geriləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə BƏƏ tərəfindən dəstəklənən cənub separatçılarına xarici hərbi dəstək bəhanəsi ilə hücumlar həyata keçirib. Buna cavab olaraq, BƏƏ-nin Müdafiə Nazirliyi öz qüvvələrinin Yəməndə antiterror missiyasını dayandırdığını bildirib.

Bu gərginlik Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Küveyt və Oman fond indekslərinin azalmasına səbəb olub.

Səudiyyə Ərəbistanı TASI indeksi 1% azalıb - 10.382;

Əbu-Dabi FTFADGI indeksi 1% azalıb - 9.964;

Dubay DFMGI indeksi 2% azalıb - 6.015;

Qətər QSI indeksi dəyişməyib - 10.794;

Misir EGX30 indeksi 0,1% azalıb - 41.690;

Oman MSX30 indeksi 0,6% azalıb - 5.860;

Küveyt BKP indeksi 1,3% azalıb - 9.444.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью