Səudiyyə Ərəbistanının Əl Hilal klubu Neymarla müqaviləni pozub

28.01.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Səudiyyənin "Əl-Hilal" futbol klubu braziliyalı hücumçu Neymarla müqaviləni ləğv edib.

BAKU.WS xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti X sosial şəbəkəsində açıqlama yayıb.

Bildirilib ki, hücumçu bu kluba 2023-cü ilin avqustunda keçib.

Müqaviləyə hər iki tərəfin qarşılıqlı razılığı ilə xitam verildiyi qeyd edilir. Müqavilənin müddəti bu ilin iyununda başa çatıb. Neymar "Əl-Hilal"a keçməzdən əvvəl İspaniyanın "Barselona" və Fransanın "Paris Saint-Germain" (PSJ) klublarının hücumçusu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью