Səudiyyə husilərə zərbə endirdi

28.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının ordu qüvvələri Yəmənin üsyançı husilərin nəzarətində olan Səada əyalətinə artilleriya zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, sərhədyanı Şada rayonuna mərmi atılması nəticəsində bir qadın həlak olub.

Əlavə məlumat verilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью