Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin husilərin nəzarətində olan Saada vilayətinə 7 aviazərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə husilərə yaxınlığı ilə seçilən “Saba” agentliyi məlumat yayıb.
Bildirlib ki, vilayətin administrativ mərkəzi bombardman edilib.
Üsyançıların nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, husilər bir sıra yerli zenit-raketlərdən istifadə edərək Səudiyyə aviasiyasına müqavimət göstəriblər.
O, əməliyyatda “Tayfun” və F-15 qırıcılarının iştirak etdiyini söyləyib.