Səudiyyə klubu Mourinyoya 50 milyon avro təklif edib

05.05.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanın “Əl-İttifaq” komandası “Fənərbaxça”nın baş məşqçisi Xose Mourinyoyu transfer etmək istəyir.

Missiya.Az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Bildirilib ki, “Əl-İttifaq” portuqaliyalı mütəxəsisə iki illik sövdələşmə üçün 50 milyon avro təklif edib.

Qeyd edək ki, Mourinyonun “Fənərbaxça” ilə müqaviləsi gələn il bitəcək.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью