Səudiyyə şahzadəsi Trampla görüşdü

18.11.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü başlayıb.

Modern.az-ın məlumatına görə, bu, Səudiyyə Ərəbistanı Şahzadəsinin səkkiz ildən sonra Vaşinqtona ilk səfəridir. Görüşün gündəliyinə ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik əlaqələri, o cümlədən Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına “F-35” qırıcı təyyarələrini satması, silah müqavilələri, ticarət və investisiya daxildir.

Tramp görüşdə Səudiyyə Ərəbistanının Abraham Sazişinə qoşulmasını və İsrail ilə münasibətləri normallaşdırmasını müzakirə etmək niyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью