Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
ABŞ Səudiyyə Ərəbistanının “İbrahim sazişləri”nə qoşulacağı təqdirdə krallıqla mülki nüvə enerjisi sahəsində sazişi təsdiqləməyə hazırdır. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“ABŞ-ın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında bağlanan və İran, BƏƏ və digər ölkələrdə mövcud olan proqramlara bənzər şəkildə yalnız atom enerjisinin dinc məqsədlərlə istifadəsinə aid olan mülki nüvə enerjisi sazişi (nüvə materialının zənginləşdirilməsnə icazə verilməyəcək!) təsdiqlənəcək”, – deyə Tramp qeyd edib. Bununla yanaşı, o vurğulayıb ki, sazişin yekun təsdiqi tamamilə Səudiyyə Ərəbistanının “İbrahim sazişləri”nə qoşulmasından asılı olacaq: “Birləşmiş Ştatlar uranı zənginləşdirilmədən nüvə enerjisi obyektlərinin yaradılmasına etiraz etmir”.
XQ