Səudiyyə və ABŞ İraqda zərbələr endirdi

29.07.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələri İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmaların mövqelərinə birgə zərbələr endirib.

Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bəyanatında əməliyyatın ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə koordinasiyalı şəkildə həyata keçirildiyi bildirilib.

İraqın "Xalq Səfərbərlik Qüvvələri" (PMF) qruplaşmasının verdiyi məlumata görə, qərargahlarına endirilən zərbələr nəticəsində 8 döyüşçü həlak olub, 4 nəfər isə yaralanıb.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью