Səudiyyə yardım istədi, Britaniya hərbçilərini göndərdi

15.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Səudiyyə Ərəbistanı Yəməndəki husi qiyamçılarının qarşısını almaq və neft infrastrukturuna endiriləcək zərbələrdən qorunmaq məqsədilə Britaniya Baş naziri Endi Börnhemdən hərbi və diplomatik yardım istəyib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, London Ər-Riyada regionda sabitliyin qorunmasında kömək etməyə hazır olduğunu qeyd edib və artıq hərbi məsləhətçilərini Səudiyyə Ərəbistanına göndərib.

Nəşr vurğulayıb ki, Britaniya rəsmiləri Börnhemi husilərin Bab əl-Məndəb boğazını ələ keçirməsinin beynəlxalq gəmiçiliyə və dünya iqtisadiyyatına dəhşətli təsir göstərə biləcəyi barədə xəbərdar ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью