Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Husilərə məxsus media Səudiyyə Ərəbistanını Yəməndə yanacaqdoldurma məntəqəsinə hücum etməkdə ittiham edib.
“Cebheinfo.az” xəbər verir ki, hücum nəticəsində 12 nəfərin öldüyü bildirilir.
Məlumata görə, çərşənbə günü Yəmənin şimal-qərbində yerləşən Əl-Cövf vilayətinin Həzm şəhərindəki yanacaqdoldurma məntəqəsinə hücum edilib.
“Əl-Məsirə” telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığı iddia edilən hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 12 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin