Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı Yəmənin şimal-qərbindəki sərhəd bölgələrinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Məyadin” məlumat yayıb.
Bildirilib ki, zərbələr Səəda və Həccah əyalətlərinin sərhəd bölgələrini hədəf alıb.
Zərbələr nəticəsində azı 7 nəfər ölüb, 6 nəfər yaralanıb.