Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukraynada atəşkəsin parametrlərini müzakirə etməyə başlayıb.
Axr.az xəbər verir ki, bu barədə nümayəndə heyətinin tərkibində olan Ukraynanın müdafiə naziri Rustem Umerov X-də məlumat verib.
"Biz Ər-Riyadda Amerika komandası ilə görüşə başladıq. Gündəlikdə enerji obyektlərinin və mühüm infrastrukturun mühafizəsi ilə bağlı təkliflər var. Bu gün biz bir sıra mürəkkəb texniki məsələləri həll edəcəyik”, - deyə o bildirib.