Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa heç bir halda Ukrayna münaqişəsində tərəfi olmamalı və NATO-nun digər hərbi avantürasında iştirak etməməlidir.
Axar.az xəbər verir ki, bunu "Əyilməz Fransa" partiyasının təsisçisi və 2027-ci il seçkilərində prezidentliyə namizəd Jan-Lük Melanşon Klermon-Ferrandda (mərkəzi Fransa) keçirilən mitinqdə çıxış edərkən deyib.
"Mən istəyirəm ki, "Əyilməz Fransa"nın mövqeyi çox aydın eşidilsin: Ukraynada və ya Səudiyyə Ərəbistanında döyüşlərdə tərəf olmaq üzləşmək istəmədiyimiz ciddi təhlükə yaradır", - deyə siyasətçi bildirib.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandonun açıqlamalarını şərh edən Melanşon vurğulayıb ki, fransızlar NATO-nun “hərbi sərgüzəştləri” üçün ölməməlidirlər.
"Xeyr, general Mandon, biz uşaqlarımızı və nəvələrimizi NATO tərəfindən hazırlanmış şübhəli əməliyyat naminə ölməyə hazırlamayacağıq", - deyə o vurğulayıb.