Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Səudiyyə Ərəbistanı İrana xəbərdarlıq edib ki, əgər İran Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələr endirməyə davam edərsə, ABŞ-nin hərbi bazalarından hərbi əməliyyatlar üçün istifadə etməsinə icazə verəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Eyni zamanda, Səudiyyə Ərəbistanı münaqişənin həlli üçün İranla əməkdaşlıq etməyə hazırdır.
İranın Səudiyyə Ərəbistanına və ya onun enerji infrastrukturuna hücumları davam edərsə, Səudiyyə Ərəbistanı Amerika qüvvələrinin öz bazalarından hərbi əməliyyatlar üçün istifadə etməsinə icazə vermək məcburiyyətində qalacaq.
İran mənbələri Tehran və Ər-Riyad arasında telefon danışığını təsdiqləyib.
İran hücumların Fars körfəzi ölkələrinə deyil, ABŞ-nin maraqlarına və həmin ölkələrdə yerləşən hərbi bazalarına qarşı yönəldiyinə dair mövqeyini bir daha təkrarlayıb.
Bu arada, İran Fars körfəzi ölkələrindən Amerika bazalarını bağlamağı və ABŞ ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmağı tələb edib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin