Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Həmişə ağlayır": Səudiyyə Ərəbistanında azarkeşlər Ronaldunun "itməsi" ilə bağlı elan asdılar
Səudiyyə Ərəbistanında futbol azarkeşləri "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə bağlı zarafat ediblər.
BAKU.WS xəbər verir ki, onlar futbolçunun guya itkin düşməsi ilə bağlı elan asaraq bu görüntüləri sosial şəbəkələrdə yayıblar.
Elan mətnində bu sözlər yazılıb: "Bir kişi itkin düşüb. 40 yaş. Xüsusi əlaməti: daim ağlayır".
Azarkeşlər bu yolla Ronaldonun son vaxtlar yaşadığı narazılığa və boykot qərarına ironik reaksiya veriblər.
Daha əvvəl mediada yayılan məlumatlara görə, Kriştiano Ronaldo klubun idarə olunmasından, xüsusilə də Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən "Əl-Nəsr"ə ayrılan diqqət və resurslardan narazıdır. Bildirilir ki, Ronaldo fondu öz komandasına digər nəzarətində olan klublarla, xüsusilə "Əl-Hilal"la müqayisədə daha az dəstək göstərməkdə ittiham edir.
Bu narazılığa etiraz olaraq komandanın kapitanı fevralın 2-də keçirilən "Əl-Riyad"la oyunda meydana çıxmaqdan imtina edib. Bu hadisədən sonra mediada futbolçunun "Əl-Nəsr"i tərk edə biləcəyi ilə bağlı iddialar yayılıb.
Qeyd edək ki, Kriştiano Ronaldo milli komandalar tarixində, Avropa çempionatlarında və Çempionlar Liqasında ən çox qol vuran futbolçudur. O, rəsmi oyunlarda 900 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb. Ronaldonun aktivində Çempionlar Liqasında beş qələbə, 2016-cı il Avropa çempionatının qızıl medalı və UEFA Millətlər Liqasında iki çempionluq titulu var.
Bundan əlavə, Ronaldo 2006-2022-ci illər arasında ardıcıl beş dünya çempionatında qol vuran yeganə futbolçu olaraq qalır. Cari seçmə mərhələ onun dünya çempionatlarının final mərhələsində yeddinci iştirakı olacaq və Portuqaliya yığması artıq turnirə vəsiqəni təmin edib.