Seul hərbi vəziyyət barədə əvvəlcədən məlumat verməyib ABŞ

03.12.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Koreya Respublikasının Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət tətbiq etmək niyyəti barədə Amerika administrasiyasını əvvəlcədən məlumatlandırmayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən məlumat verib.

"Cənubi Koreya prezidenti tərəfindən ABŞ-a bu barədə əvvəlcədən açıqlama verilməyib", - deyə o bildirib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan edib. Parlament isə prezidentin qərarını etibarsız sayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью