Seul müdafiə xərclərini artırır: Ağıllı ordu yaradacaq

26.08.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreya öz silahlı qüvvələrini gələcək hərbi münaqişələrə hazır vəziyyətə gətirmək və "ağılı" standartlara çatdırmaq üçün əlavə vəsait ayıracaq.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Koreya Respublikasının Prezidenti Li Çje Men bildirib.

Li Çje Menin sözlərinə görə, müdafiə büdcəsinin artırılması ordunu gələcək müharibələrə hazır şəkildə formalaşdırmağa imkan verəcək. O qeyd edib ki, Seulun regional təhlükəsizlikdəki rolunu genişləndirmək üçün ABŞ Prezidenti Donald Trampla razılığa gəlib.

Cənubi Koreya lideri ayrıca vurğulayıb ki, Vaşinqtonla birgə iş Koreya yarımadasının nüvəsizləşdirilməsinə (denuklearizasiya) yönəldiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью