Seulda avtomobil bazarda kütlənin üzərinə sürülüb, 11 nəfər xəsarət alıb

31.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Cənubi Koreyanın paytaxtında avtomobil bazarda kütlənin üzərinə sürülüb.

APA-nın “Sinxua”-ya istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 16.18-də Seulun Mok-donq rayonunda baş verib.

Qəza nəticəsində 4-ü ağır, 7-i yüngül olmaqla 11 nəfər xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью