Seulda hərbi vəziyyət ləğv edildi: Hərbçilər kazarmalara dönür VİDEO

03.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreya parlamenti hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamə qəbul etdikdən sonra hərbçilər Milli Assambleyanın binasını tərk etməyə başlayıblar.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl parlament binası qanunvericilər və vətəndaşlar üçün bloklanmışdı.

Buna baxmayaraq, Seulda parlament binası yaxınlığında toplaşan izdiham hazırkı prezidentin istefasını tələb edir.

Cənubi Koreya parlamentinin spikeri U Von Sik "Hərbi vəziyyət qərarına əməl etməyə davam edən bütün əsgərlər vətənə xəyanətdə mühakimə olunacaqlar" deyib.

Zaur, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью