Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Seulda Milli Assambleya (Parlament) kompleksinin qapıları qarşısında keçirilən kortəbii mitinq iştirakçıları deputatların impiçment elan etməsindən sonra Konstitusiya Məhkəməsinin qərarına qədər vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılan prezident Yoon Seok-yeolun həbsini tələb edirlər.
Bizimyol.info xəbər verir ki, Cənubi Koreya mətbuatının istinad etdiyi qeyri-rəsmi polis hesablamalarına görə, dekabrın 14-də saat 15:30-a olan məlumata görə, parlamentə 200 minə yaxın insan toplaşıb.
İmpiçment səsverməsinin nəticələri saat 17:00 (12:00) radələrində açıqlanıb.
Yerli vaxtla saat 19:50-də onların əksəriyyəti parlamentin qarşısındakı ərazini tərk ediblər.
Lakin bir neçə yüz nəfərdən ibarət qrup kompleksin girişində prezidentin həbsini tələb edən şüarlar səsləndirməyə davam edib.
Küçələrdən birində “Satqınların lideri Yoon Seok Yeolun impiçmenti.
Xainlərin ortaqlarını – “Vətəndaş Qüvvəsi”ni ləğv edin” deyə şüarlar səsləndiriblər.