Seulda prezidentin istefası tələbi ilə aksiya keçirilir 1 milyon insanın qatıldığı deyilir

07.12.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Seulda parlament binasının yerləşdiyi Yeouido rayonunda Koreya prezidentinin istefası tələbi ilə aksiya keçirilir.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Koreya Həmkarlar İttifaqları Konfederasiyası da daxil olmaqla təşkilatçılar iştirakçıların sayını 1 milyon nəfər olduğunu bildirirlər.

Agentliyin polisdəki mənbələrinin məlumatına görə isə parlamentin qarşısına 149 min insan toplaşıb.

Paytaxtın mərkəzindəki Kvanqvamun meydanı yaxınlığında mühafizəkar qrupların prezidenti dəstəkləyən paralel mitinqi keçirilir. “Yonhap” mənbələrinə görə, iştirakçıların sayı 20 min nəfərə çatır. Eyni zamanda təşkilatçılar 1 milyon insanın dövlət başçısını dəstəkləmək üçün küçələrə çıxdığını iddia edirlər.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью