Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Agentliyin polis mənbələrinə istinadən verdiyi məlumata görə, saat 17:30-a olan məlumatda bildirilib ki, parlamentin qarşısına 149 min insan toplaşıb. Koreya Respublikası Həmkarlar İttifaqları Konfederasiyası da daxil olmaqla təşkilatçılar iştirakçıların sayını 1 milyon nəfər hesab edirlər.
Paytaxtın mərkəzindəki Qvanqvamun meydanı yaxınlığında mühafizəkar qrupların prezidenti dəstəkləyən paralel mitinqi keçirilir. "Yonhap" mənbələrinə görə, iştirakçıların sayı 20 min nəfərə çatır. Eyni zamanda təşkilatçılar 1 milyon insanın dövlət başçısını dəstəkləmək üçün küçələrə çıxdığını iddia edirlər.
Qadir, Bizimyol.info