Seuldakı səfirliyimiz Cənubi Koreyaya təyyarə qəzası ilə bağlı başsağlığı verib

29.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın Seuldakı səfirliyi Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzası ilə əlaqədar Cənubi Koreyaya başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu səhər Muan Beynəlxalq Hava Limanında baş verən faciəvi təyyarə qəzası xəbərindən dərindən sarsıldıq və kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Düşüncələrimiz və dualarımız bu faciəvi hadisədən təsirlənən hər kəslədir", - paylaşımda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью