Sеutada miqrant uşaqlarının sayı mərkəzin tutumunu 2600 faiz üstələyib

05.08.2026

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İspaniyanın Sеuta şəhərində miqrant uşaqların yerləşdirilməsi ilə bağlı vəziyyət “xaotik və qeyri-sabit” olaraq qalır. Şəhər rəhbərliyinin məlumatına görə, azyaşlı miqrantların sayı onların saxlanılması üçün nəzərdə tutulan mərkəzin imkanlarını dəfələrlə üstələyib.

Bizimyol.info xəbər verir ki, Sеuta hökumətinin rəhbəri Xuan Xesus Vivas bildirib ki, hazırda şəhərdəki yetkinlik yaşına çatmayan miqrantların saxlanma mərkəzinin doluluq səviyyəsi onun nəzərdə tutulan tutumundan 2600 faiz çoxdur.

“Hazırda Sеutadakı azyaşlılar üçün nəzərdə tutulan saxlama mərkəzinin doluluğu imkanlarını 2600 faiz üstələyir”, - deyə Vivas RTVE tele-radio şirkətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, şəhərdə hazırda təxminən 1100 miqrant uşaq var. Kütləvi qanunsuz miqrant axınından əvvəl isə bu rəqəm təxminən 750 nəfər təşkil edirdi.

Vivas etiraf edib ki, hakimiyyət sərhədin kütləvi şəkildə keçilməsinə gec reaksiya verib. İspaniyanın EFE agentliyinin məlumatına görə, polis hazırda Sеutada qalan 528 azyaşlı miqrantın şəxsiyyətini müəyyən edib.

İspaniya hakimiyyətinin məlumatına əsasən, iyulun sonunda təxminən 72 min qanunsuz miqrant Mərakeşlə sərhəddə yerləşən Sеutaya üzərək və ya bənd üzərindən keçərək daxil olmağa çalışıb.

Vəziyyətə nəzarət etmək üçün İspaniya hökuməti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçilərin cəlb olunmasına qərar verib.

İspaniya hökumətinin məlumatına görə, Sеutaya çatmağa çalışan zaman azı 75 nəfər həlak olub. Mərakeş tərəfi isə 11 ölüm faktı barədə məlumat yayıb. Bildirilir ki, təxminən 70 min miqrant artıq Mərakeşə geri qayıdıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью