Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İşğal olunmuş Krımın Sevastopol şəhərində sentyabrın 2-si səhər saatlarında minik avtomobili partlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları ("Shot", "Mash", "Baza") və "Biz Rusiya ilə birik" hərəkatının sədri Vladimir Roqov məlumat yayıb.
Hadisə səhər saat 07:00 radələrində Kolobov küçəsində baş verib. Məlumata görə, "Mazda" markalı avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Partlayış o qədər güclü olub ki, yerli sakinlər bunu Hava Hücumundan Müdafiə (HHM) sisteminin işi zənn ediblər.
Partlayış nəticəsində avtomobilin sahibi xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib. Səlahiyyətli şəxslərin ilkin ehtimalına görə, hadisəyə səbəb maşına quraşdırılmış partlayıcı maddə olub.
Hazırda hadisə yerində əməliyyat və xilasetmə xidmətləri çalışır, faktla bağlı araşdırma aparılır.
“AzPolitika.info”