Şevçenko seçkini uduzdu

03.04.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko UEFA İcraiyyə Komitəsinə seçkilərdə qalib gələ bilməyib.

Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı funksioner yalnız Malta təmsilçisini qabaqlayaraq 5 nəfər arasında 4-cü yeri tutub. UFA rəhbərinin lehinə 15, əleyhinə isə 39 səs verilib.

İcraiyyə Komitəsində 2 illik müddət üçün səsvermənin qalibləri müvafiq olaraq İspaniya və İsrail nümayəndələri - Rafael Lusan və Moşe Zuares olub.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью