Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenkonun oğlu Kristian “Uotford”la (İngiltərə) peşəkar müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə müqavilə 1+1 illikdir.
Kristian 2023-cü ildən “Uotford”un aşağı yaş qruplarından ibarət komandalarında çıxış edirdi. Ötən mövsüm o, 11 qol vurub və 8 qolun ötürməsini verib.
Qeyd edək ki, Andrey Şevçenko "Dinamo" (Kiyev), "Milan", "Çelsi" və Ukrayna millisindəki oyunları ilə tanınır.