Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Əməkdar artist Sevda Ələkbərzadə uzun illər sonra solo konsert verəcək.
Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, konserti mayın 10-da keçiriləcək:
"Böyük sevgi və həyəcanla bu xəbəri sizinlə bölüşürəm. 10 may Bakı Konqres Mərkəzində sizi öz musiqi dünyama qərq olmağa dəvət edirəm. “Sən yadıma düşəndə” adlı solo konsert proqramında ən sevdiyiniz nəğmələrimi sizin yadınıza salacağam. Səhnəyə gəldiyim ilk gündən ifa etdiyim bütün sevilən mahnılarımı bu gecə sizə ithaf edəcəyəm. Gəlin, bu günü bərabər yaşayaq, ruhumuzu musiqi ilə yeniləyək".