Sevda həyat yoldaşı ilə ABŞdə HELİKOPTER TURUNDA Xəbər saytı Son xəbərlər və Hadisələr

15.11.2024

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla ABŞ-yə istirahət yollanıb.

BAKU.WS xəbər verir ki, bundan əvvəl bir neçə dəfə də Amerikada olan cütlük bu dəfə Las-Veqasa üz tutub.

Sevda həkim həyat yoldaşı ilə Arizona ştatında da olub. Onlar Kolorado platosunda yerləşən Böyük Kanyon Milli Parkın ərazisini gəziblər.

Sənətçi bunun üçün helikopter turundan da istifadə edib. Sevda "İlk dəfədir helikopterə minirəm" deyə sosial şəbəkədə bildirib.

Yahyayeva həyat yoldaşı ilə lentə aldığı istirahət görüntülərini 1.7 milyon izləyicisi olan şəxsi instaqram hesabında paylaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью