Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1931-cü il təvəllüdlü şəxsin müalicəsi Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsində davam etdirilir.
Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentin vəziyyəti ağır stabil qiymətləndirilir.
Zeynəb Rzayeva