Sevda Sultanova: “İzzət kino mükafatı qadın kinematoqrafçılara dəstək və motivasiya verir

28.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

“İzzət” kino mükafatı qadın kinematoqrafçılar üçün nəzərdə tutulmuş bir mükafatdır. Kino sahəsində çalışan qadınları motivasiya etmək, onların əməyini dəyərləndirmək, eyni zamanda istedadlı qadınları bu sahəyə cəlb etmək baxımından olduqca vacibdir.

Bunu AZƏRTAC-a açıqlamasında Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova bildirib.

"Düşünürəm ki, gələcəkdə bu mükafatın coğrafiyası daha da genişlənəcək. O, təkcə Azərbaycanda deyil, Qafqazda, Mərkəzi Asiyada, Asiyada və Avropada fəaliyyət göstərən qadınlara da təqdim olunacaq. Mükafat uğurlu film çəkən qadın rejissorlara və prodüserlərə də veriləcək", - deyə o bildirib.

“İzzət” kino mükafatının münsiflər heyətinin üzvü olan Sevda Sultanova bu il mükafata layiq görülən qadınların hər birinin kino sahəsində mühüm uğurlara imza atdığını deyib: "Səidə Haqverdiyeva "Köhnə çamadanlar" filminin, həmçinin "Qırxdan sonra" qısametrajlı bədii filminin müəllifidir. Sevinc Əliyeva "Simurq" və digər tanınmış serialların prodüseridir. Aygün Aslanlı uzun illərdir kino tənqidi sahəsində çalışır. Sevil Qadın Kino Festivalı isə uzun müddətdir ki, uğurla keçirilir və qadın kinosunun inkişafına töhfə verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью