Sevda Yahyayevanın “Kukla”sı BİR GÜNƏ TRENDƏ DÜŞDÜ

19.09.2026

Icma.az, Shownews portalına istinadən məlumat yayır.

17 oktyabrda Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konserti ərəfəsində estrada ulduzu Sevda Yahyayeva daha bir uğura imza atıb.

Belə ki, onun yeni “Kukla” mahnısı təqdimatından cəmi bir gün sonra bütün əsas musiqi platformalarında trendə düşüb. Mahnı qısa müddətdə böyük maraq yaradaraq dinləyicilərin diqqətini çəkib.  

Yüksək büdcəli klipi və fərqli vizual konsepti ilə seçilən “Kukla” Sevda Yahyayevanın əvvəlki işlərindən də fərqlənir.   Sözləri Abbas İsmayılova, musiqisi Asoundady-yə, prodüserliyi isə Hüseyn İbrahimzadəyə (Dex) məxsusdur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью