Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Sevda Yahyayevanın qayınanası səmimi açıqlamalar edib.
BAKU.WS xəbər verir ki, o "Qonaqcanlı" verilişinə açıqlamasında Sevdanın onun gəlini yox qızı olduğunu bildirib:
"O mənim gəlinim yox, qızımdır. Bizim qızımızdır, onu çox istəyirik. Aradan neçə illər keçib. Amma aramızdakı sevgi davam edir".
Xatırladaq ki, Sevda 2021-ci ildə Zakir Bayramovla ailə qurub. Cütlüyün iki qız övladı var.