Sevdadan yenidən əməliyyat etdirməsi ilə bağlı iddialara Cavab

25.06.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Sevda Sanəliyeva haqqında yayılan xəbərlərə münasibət bildirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, yenidən əməliyyat etdirməsi ilə bağlı məlumatları təkzib edib:

"Bu nə xəbərdir paylaşırsınız? Boşsunuz? Heç səhifəmdə paylaşmadığım səhnə çıxışımın altında yazdığınız məlumatı kimdən almısınız? Mən nə vaxt əməliyyatımı bəyənməyib yenidən etdirmişəm? Ayıb deyil?".

Qeyd edək ki, Sevda ötən il bıçaq altına yatsa da, nə üçün əməliyyat etdirdiyini açıqlamamışdı. Görüntülərdə onun sinəsindən əməliyyat etdirdiyi məlum olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью