Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Müğənni Sevda Yahyayeva qızı Ayla ilə bağlı paylaşımıyla diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi qızının yeni saç düzümünü izləyiciləri ilə bölüşüb. Sevda bu dəfə Aylanın saçlarını qısa kəsdirdiklərini bildirib.
“Aylanın yeni saçları. Bu dəfə saçlarını qısa kəsdirdik və deyəsən, özü də çox bəyəndi yeni görünüşünü. Balaca bir dəyişiklik, amma onun üzündə böyük bir sevinc yaratdı” deyə, müğənni yazıb.
Qeyd edək ki, Zakir adlı bəylə ailəli olan Sevdanın Aida adlı daha bir qız övladı var.