Sevdanın bahalı Kukla sı Video

14.09.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan səhnəsinin parlaq ulduzlarından olan Sevda Yahyayeva 17 oktyabrda Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konserti öncəsi yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçinin yeni mahnısı və klipi “Kukla” adlanır.

Fərqli və qeyri-adi dünyanı təqdim edən “Kukla” yüksək büdcəsi ilə seçilən bahalı klipdir. Müasir texnologiyaların imkanlarından istifadə olunan ekran işi Sevda Yahyayevanı tamaşaçıya tam fərqli obrazda göstərir.

Mahnının söz və musiqisi Abbas İsmayılov və Asoundady-yə, prodüserliyi isə Hüseyn İbrahimzadə (Dex)-ə məxsusdur.

S. Yahyayeva yeni layihəsi ilə bağlı deyib: “Bu dəfə sizi bir az fərqli, bir az qeyri-adi bir dünyaya aparıram. Mahnıya kifayyət qədər büdcə ilə yanaşı böyük sevgi də qoyulub. Ümid edirəm ki, “Kukla” məni sevənlərin ürəyincə olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью